13 iyul 2026. Bazar ertəsi

“Liverpul” Diogu Jota və onun qardaşının xatirəsinə memorial abidə ucaltdı - FOTOLAR


“Liverpul” Diogu Jota və onun qardaşının xatirəsinə memorial abidə ucaltdı - FOTOLAR

“Liverpul” futbol klubu Diogu Jota və onun qardaşı Andre Silvanın xatirəsinə daimi memorial abidə ucaldıb.

90deqiqe.Az xəbər verir ki, bu addım futbolçunun vəfatının birinci ildönümü ərəfəsində atılıb. 2025-ci il iyulun 3-də qardaşlar avtomobil qəzasında həlak olmuşdular.

Yeni memorial “Əbədi 20” adlanır. Bu ad Diogu Jotanın “Liverpul”da geyindiyi 20 nömrəli formanı simvolizə edir. Klub bu nömrəni dövriyyədən çıxarıb.

Abidə “Enfild” stadionunun 97-ci prospektində yerləşdirilib. Bu ərazidə daha əvvəl azarkeşlər tərəfindən yaradılmış müvəqqəti anım yeri mövcud idi.

Kompozisiya ürək formasındadır və portuqal daşından hazırlanıb. Abidədə hər iki qardaşa həsr olunmuş lazer oyma yazılar yer alır. Dizayn elementləri Diogu Jotanın futbol karyerasından kənar həyatını da əks etdirir.

Klubun açıqlamasında qeyd olunub ki, “Əbədi 20” sevgi, birlik və xatirənin daimi simvolu olacaq və hər kəsin xatırlamaq, düşünmək və hörmətini ifadə etmək üçün ziyarət edə biləcəyi bir məkan rolunu daşıyacaq.







İngiltərə P.L.

Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı