8 noyabr 2026. Bazar günü

Andre Santos "Çelsi"dən ayrıla bilər


Andre Santos "Çelsi"dən ayrıla bilər

Braziliyalı yarımmüdafiəçi Andre Santos yay transfer pəncərəsində "Çelsi"dən ayrıla bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nizar Kinsella məlumat yayıb.

O 21 yaşlı futbolçunun London klubundan ayrılmaq ehtimalını istisna etmədiyini bildirib. "Çelsi" rəhbərliyi də bu məsələdə eyni mövqedədir. Bununla belə, klub Andre Santosa böyük hörmətlə yanaşır və onu başqa komanda axtarmağa məcbur etməyəcək. Futbolçu yalnız öz istəyi ilə ayrılmaq qərarı verərsə, transferinə razılıq veriləcək.

Andre Santos 2023-cü ildə "Vasko da Qama"dan 12 milyon avro qarşılığında "Çelsi"yə transfer olunub. Onun London təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.

Braziliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”