8 iyul 2026. Çərşənbə

"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"


"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"

"Liverpul" və "Çelsi"nin sabiq baş məşqçisi Rafael Benites Xabi Alonsonun London klubunun baş məşqçisi vəzifəsinə təyin olunmasını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis Alonsonun uğur qazanmaq üçün bütün keyfiyyətlərə malik olduğunu bildirib.

"Alonso çox ağıllı insandır. O, yüksək intellektə sahibdir və işinə yanaşması çox peşəkardır. "Real Sosyedad"ın ehtiyat komandasına rəhbərlik etdiyi vaxtdan onu izləyirdim. Sonradan göstərdiyi nəticələr mənim üçün xoş sürpriz oldu. O, "Bayer"də də möhtəşəm iş gördü.

"Real Madrid"ə keçəndə bir çoxları onun məşqçilik fəaliyyətini mənimlə müqayisə edirdi. Ancaq "Real Madrid" tamamilə fərqli klubdur. Burada məsələ təkcə soyunub-geyinmə otağı ilə bitmir, rəhbərliyin dəstəyi də böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, Alonso orada ehtiyac duyduğu dəstəyi ala bilmədi. Düşünürəm ki, "Çelsi" onun potensialını yaxşı anlayır. Əgər klub rəhbərliyi ona lazımi dəstəyi versə, Alonso "Çelsi"də uğur qazanacaq", – deyə Benites bildirib.

Qeyd edək ki, Xabi Alonso futbolçu karyerası ərzində "Liverpul"da məhz Rafael Benitesin rəhbərliyi altında çıxış edib.







İngiltərə P.L.

"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı