- İngiltərə P.L.
- 23:38 09.07.2026
"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso komandadakı fəaliyyətinə başlayıb.
90deqiqe.Az xəbər verir ki, London klubunun mətbuat xidməti ispaniyalı mütəxəssisin futbolçularla keçirdiyi ilk məşqdən görüntülər paylaşıb.
Xatırladaq ki, Xabi Alonso 2026-cı ilin əvvəlində Madrid "Real"ının baş məşqçisi vəzifəsindən ayrılmışdı. O, paytaxt təmsilçisində cəmi yarım mövsüm çalışıb.
Mətbuatda yayılan məlumatlara görə, Alonsonun yüksək tələbkarlığı komandanın ulduz futbolçuları ilə münasibətlərinin istənilən səviyyədə qurulmasına mane olub.
İspaniyalı mütəxəssis "Real"a qədər Almaniyanın "Bayer" klubunda uğurlu fəaliyyət göstərmişdi. O, indi bu uğuru "Çelsi"də təkrarlamağa çalışacaq.
Qeyd edək ki, "Çelsi" 2026-cı il yanvarın 1-də baş məşqçi Entso Mareska ilə yollarını ayırmışdı. Daha sonra komandaya Liam Rosenyor rəhbərlik etsə də, mövsümün sonunda klubdan ayrılmışdı.