- İngiltərə P.L.
- 19:13 11.07.2026
Maykl Edvards "Liverpul"un sahibi olan şirkətdə futbol əməliyyatları üzrə baş icraçı direktor vəzifəsindən ayrılıb.
90deqiqe.Az-ın “The Independent”ə istinadən məlumatına görə, bu, Edvardsın "Liverpul"dan ikinci gedişi olub. O, 2024-cü ildə Yurgen Kloppun ayrılmasından sonra "Enfild"ə qayıtmış və klubun futbol strategiyası ilə yanaşı, çoxklublu layihənin inkişafına da rəhbərlik etmişdi. Lakin bu layihə planlaşdırıldığı həcmdə həyata keçirilməyib.
Bildirilir ki, Edvardsın gedişindən sonra idman direktoru Riçard Hyuz da klubu tərk edə bilər. Onun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda vəzifə tutacağı iddia olunur.
Maykl Edvardsın ikinci fəaliyyəti dövründə "Liverpul" Arne Slotu, daha sonra isə Andoni İraolanı baş məşqçi təyin edib. Klub həmçinin Aleksander İsakı transfer edərək Böyük Britaniya futbol tarixinin ən bahalı keçidlərindən birinə imza atıb.
Buna baxmayaraq, "Liverpul" İngiltərə çempionu titulunu qoruya bilməyib və mövsümü "Arsenal"dan 25 xal geri qalaraq başa vurub.