14 iyul 2026. Çərşənbə axşamı

"Futbolçuların mövsümə böyük həvəslə hazırlaşdıqlarını hiss edirəm"


"Futbolçuların mövsümə böyük həvəslə hazırlaşdıqlarını hiss edirəm"

"Çelsi"nin baş məşqçisi Xabi Alonso komanda ilə işə başladıqdan sonra ilk təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçuların yeni mövsümə yüksək əzmlə hazırlaşdıqlarını bildirib.

"Artıq hiss edirəm ki, futbolçular uğurlu mövsüm keçirmək istəyirlər. Ötən mövsüm geridə qaldı və indi hər şeyə yenidən başlayırıq. Yeni məşqçilər heyəti və yeni baş məşqçi ilə yeni səhifə açırıq. Futbolçular gördüyümüz işə tam cəlb olunublar. Komandada yüksək enerji və böyük ruh yüksəkliyi var", - deyə Xabi Alonso bildirib.

Qeyd edək ki, "Çelsi" ötən mövsümü İngiltərə çempionatının turnir cədvəlində 10-cu pillədə başa vurub. London təmsilçisi yeni mövsümdə Avropa klub yarışlarında iştirak etməyəcək.

Xatırladaq ki, Xabi Alonso futbolçu karyerası ərzində İngiltərədə "Liverpul"un da formasını geyinib.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"