28 avqust 2026. Cümə

"Bu, mənim üçün ciddi sınaqdır"


"Bu, mənim üçün ciddi sınaqdır"

"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso klubdakı fəaliyyətinə başlaması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis yeni mövsüm öncəsi London təmsilçisi ilə dörd illik müqavilə imzalayıb.

"İngiltərə Premyer Liqası hazırda dünyanın ən rəqabətli çempionatıdır. Buraya gəlmək və artıq futbolçu kimi deyil, məşqçi kimi bu çempionata qayıtmaq mənim üçün ciddi sınaqdır. Lakin mən bu çağırışı böyük həvəslə qəbul edirəm. Hamı ilə birlikdə inkişaf etməyi, daha güclü olmağı və yeni şeylər öyrənməyi səbirsizliklə gözləyirəm", – deyə Alonso klubun rəsmi saytına açıqlamasında bildirib.

Qeyd edək ki, futbolçu karyerası zamanı Xabi Alonso yarımmüdafiəçi mövqeyində çıxış edib və 2004-2009-cu illərdə "Liverpul"un formasını geyinib.







İngiltərə P.L.

Koul Palmer Xabi Alonsonun işindən danışdı
  • İngiltərə P.L.
  • 01:18 28.08.2026
Koul Palmer Xabi Alonsonun işindən danışdı
“Çelsi” Liqa Kubokunda mərhələ adladı
  • İngiltərə P.L.
  • 01:00 28.08.2026
“Çelsi” Liqa Kubokunda mərhələ adladı
“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın