- İngiltərə P.L.
- 23:46 14.07.2026
"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso müdafiəçi Ris Ceymsin yeni mövsümdə də komandanın kapitanı olacağını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, "talkSPORT" çalışdırıcının sözlərini belə çatdırıb.
"Ris Ceyms meydanda hər şeyi bacaran futbolçudur. O, hücumda çox təhlükəlidir, dəqiq ötürmələr verir, standart vəziyyətlərdə effektiv çıxış edir. Ən əsası isə "Çelsi" ruhunu daşıyır. Bu, bizim üçün çox vacibdir və biz həmin ruhu bütün komandaya, eləcə də yeni futbolçulara aşılamağa çalışırıq. Ris Ceyms komandamızın kapitanı olacaq", – deyə Xabi Alonso bildirib.
Ris Ceyms "Çelsi"nin yetirməsidir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2032-ci il iyunun 30-dək nəzərdə tutulub.
Müdafiəçi indiyədək "Çelsi"nin heyətində 229 oyunda meydana çıxıb, 16 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.