30 avqust 2026. Bazar günü

"Çelsi" Enzo Fernandeslə bağlı paylaşımını geri götürdü


"Çelsi" Enzo Fernandeslə bağlı paylaşımını geri götürdü

İngiltərənin "Çelsi" klubu argentinalı yarımmüdafiəçisi Enzo Fernandeslə bağlı etdiyi sosial media paylaşımını qısa müddət sonra silmək məcburiyyətində qalıb.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi dünya çempionatının yarımfinalında İngiltərə millisinə vurduğu qoldan sonra Enzo Fernandesin sevincini əks etdirən fotonu rəsmi sosial şəbəkə hesablarında yayımlayıb.

Lakin paylaşım "Çelsi"nin ingiltərəli azarkeşlərinin ciddi narazılığı ilə qarşılanıb. Azarkeşlər komandalarının dünya çempionatındakı məğlubiyyətini xatırladan paylaşımın yersiz olduğunu bildirərək klubu tənqid ediblər.

Bundan sonra "Çelsi" sözügedən paylaşımı rəsmi sosial media hesablarından silib.

Qeyd edək ki, dünya çempionatının yarımfinalında İngiltərə 55-ci dəqiqədə hesabı açsa da, Argentina görüşün sonlarında vurduğu iki qolla əzmkar qələbə qazanaraq finala vəsiqə əldə edib.







İngiltərə P.L.

“Çelsi”dən qollu-qollu qələbə
  • İngiltərə P.L.
  • 22:24 30.08.2026
“Çelsi”dən qollu-qollu qələbə
“O, özünü göstərəcək”
  • İngiltərə P.L.
  • 12:54 30.08.2026
“O, özünü göstərəcək”