2 sentyabr 2026. Çərşənbə

"Mançester Yunayted" yoxlama oyununda "Reksem"ə uduzdu


"Mançester Yunayted" yoxlama oyununda "Reksem"ə uduzdu

Yeni mövsümə hazırlığı davam etdirən "Mançester Yunayted" yoxlama görüşündə gözlənilməz məğlubiyyətlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, Maykl Karrikin rəhbərlik etdiyi komanda Finlandiyanın paytaxtı Helsinkidə yerləşən Olimpiya stadionunda "Reksem"lə qarşılaşıb.

Görüşün favoriti hesab olunan "Mançester Yunayted" minimal hesabla məğlub olub. Oyunda yeganə qolu birinci hissənin sonlarında Sem Smit vurub.

Xatırladaq ki, "Mançester Yunayted" ötən mövsüm İngiltərə Premyer Liqasını üçüncü pillədə başa vurmuşdu. "Reksem" isə Çempionşipdə yeddinci yeri tutmuşdu.

"Mançester Yunayted" yeni mövsümdə Premyer Liqadakı ilk oyununu avqustun 22-də səfərdə "Hall Siti"nə qarşı keçirəcək.







İngiltərə P.L.

 “Arxayınlaşmaq olmaz”
  • İngiltərə P.L.
  • 00:14 31.08.2026
“Arxayınlaşmaq olmaz”
“Çelsi”dən qollu-qollu qələbə
  • İngiltərə P.L.
  • 22:24 30.08.2026
“Çelsi”dən qollu-qollu qələbə
“O, özünü göstərəcək”
  • İngiltərə P.L.
  • 12:54 30.08.2026
“O, özünü göstərəcək”