- İngiltərə P.L.
- 22:53 20.07.2026
"Arsenal" klubunun sabiq hücumçusu Jeremi Aliadyer Argentina millisinin və Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Goal" sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Əgər Alvaresin "Arsenal"da oynamaq istəyi olsaydı, onu heç tərəddüd etmədən komandaya gətirərdim. O, möhtəşəm futbolçudur. Bunu dünya çempionatında İngiltərə ilə oyunda bir daha göstərdi. Alvares daim komanda üçün çalışır, rəqibə yüksək təzyiq göstərir və Messinin üzərinə düşən yükün bir hissəsini öz üzərinə götürür. Məhz belə futbolçunu "Arsenal"ın heyətində görmək istəyərdim"
Qeyd edək ki, Madrid "Atletiko"su hücumçusunu təxminən 150 milyon avroya dəyərləndirir. Keçid bu məbləğə baş tutacağı təqdirdə, bu, Böyük Britaniya futbolu tarixinin ən bahalı transferi olacaq.
Əlavə edək ki, hazırda futbolçu ilə İspaniyanın "Barselona" klubu yanaşı, "Arsenal" da yaxından maraqlanır.