21 iyul 2026. Çərşənbə axşamı

İngiltərə futbolunun əfsanəsi vəfat etdi


İngiltərə futbolunun əfsanəsi vəfat etdi

"Liverpul"un və İngiltərə millisinin sabiq futbolçusu Kevin Kiqan 75 yaşında vəfat edib.

90deqiqe.Az-ın məlumatına görə, keçmiş futbolçu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Kiqanın ailəsi yanvar ayında ona dördüncü mərhələ xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.

"Kədər hissi ilə bildiririk ki, Kevin Kiqan 75 yaşında vəfat edib. O, həyatının son anlarını həyat yoldaşı və qızlarının əhatəsində keçirib", - deyə ailəsinin yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, Kevin Kiqan futbol tarixinin ən parlaq simalarından biri hesab olunurdu. O, 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatını qazanıb. Sabiq hücumçu "Liverpul"un heyətində üç dəfə İngiltərə çempionu olub, həmçinin çoxsaylı nüfuzlu titullara sahib çıxıb.







İngiltərə P.L.

İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"