- İngiltərə P.L.
- 23:09 21.07.2026
İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Anderson keçmiş klubu "Nottingem Forest"lə emosional şəkildə vidalaşıb.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
"Bu klubun qapısından ilk dəfə içəri daxil olduğum andan etibarən "Nottingem Forest"ə vuruldum. Məni səmimi qarşılayan bütün klub əməkdaşlarına və komanda yoldaşlarıma təşəkkür edirəm. Burada keçirdiyim müddəti unudulmaz etdiniz.
Bu klub mənə həm futbolçu, həm də insan kimi inkişaf etmək imkanı verdi.
29 ildən sonra "Nottingem Forest"i yenidən Avropa yarışlarına qaytarmaq azarkeşlərin tam haqq etdiyi bir uğur idi", - deyə Anderson bildirib.
Qeyd edək ki, Elliot Anderson bu yay "Mançester Siti"yə transfer olunub. "Nottingem Forest"lə "Mançester Siti" arasında baş tutan keçidin dəyərinin 135 milyon avro olduğu bildirilir.
Xatırladaq ki, "Nyukasl" akademiyasının yetirməsi olan Anderson 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində bütün səkkiz oyunda meydana çıxıb və komandası ilə birlikdə bürünc medal qazanıb.