- İngiltərə P.L.
- 23:19 22.07.2026
"Arsenal" klubunun mərkəz müdafiəçisi Vilyam Salibanın müalicə planı ilə bağlı yeni təfərrüatlar məlum olub.
90deqiqe.Az-ın “L’Équipe”yə istinadən məlumatına görə, futbolçu "Arsenal"ın tibbi heyəti ilə məsləhətləşdikdən sonra cərrahi əməliyyatdan imtina etmək qərarına gəlib.
Qeyd olunur ki, Salibanın dəqiq bərpa müddətini müəyyənləşdirmək hələ mümkün deyil. Lakin konservativ müalicə üsulu seçildiyi üçün onun yaşıl meydanlardan bir neçə ay uzaq qalacağı gözlənilir.
Daha əvvəl Fransa millisinin üzvünün onurğa sınığına baxmayaraq, 2026-cı il dünya çempionatı boyunca bel ağrıları ilə mübarizə apararaq bütün turnirdə iştirak etdiyi bildirilmişdi.
Xatırladaq ki, 25 yaşlı müdafiəçi ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.