26 iyul 2026. Bazar günü

"Mançester Yunayted"dən mövsümöncəsi inamlı qələbə


"Mançester Yunayted"dən mövsümöncəsi inamlı qələbə

İngiltərənin "Mançester Yunayted" klubu yeni mövsümə hazırlıq çərçivəsində keçirdiyi yoxlama oyununda Norveçin "Rusenborq" komandasını darmadağın edib.

90deqiqe.Az xəbər verir ki, Maykl Karrikin rəhbərlik etdiyi komanda rəqibini 5:0 hesabı ilə məğlub edib.

"Qırmızı şeytanlar"ın heyətində Şi Leysi, Coşua Zirkzee, Ceykob Devani, Harri Amass və İtan Uilyams hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 2026/2027 mövsümündə ilk oyununu avqustun 22-də səfərdə "Hall Siti"yə qarşı keçirəcək.

Xatırladaq ki, Mançester təmsilçisi ötən mövsüm Premyer Liqanı üçüncü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.







İngiltərə P.L.

Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi