26 iyul 2026. Bazar günü

"Tottenhem"də qalmaq istəməyən futbolçu gedə bilər"


"Tottenhem"də qalmaq istəməyən futbolçu gedə bilər"

"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi komandada qalmaq istəməyən futbolçuların klubdan ayrılmalı olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssisin açıqlamasını "ESPN" yayıb.De Zerbinin fikirləri isveçli yarımmüdafiəçi Lukas Berqvallın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda səslənib. Futbolçu mövsümöncəsi hazırlıq üçün "Tottenhem"in heyətinə daxil edilsə də, onun klubdan ayrılmaq ehtimalı istisna olunmur.

"Mən "Tottenhem"ə gələn ilk gündən mövqeyimi açıq şəkildə bildirmişəm. Burada olmaq istəməyən, özünü xoşbəxt hiss etməyən və bu klubun formasını geyinməkdən qürur duymayan hər kəs komandadan ayrılmalıdır", – deyə De Zerbi vurğulayıb.

Bununla yanaşı, baş məşqçi hələ ki, Lukas Berqvallın gələcəyi ilə bağlı onunla şəxsi söhbət etmədiyini bildirib.

"Hələ Lukasla danışmamışam. Yaxın günlərdə onunla görüşəcəyəm və klub, futbolçunun özü, mən və bütün tərəflər üçün ən doğru qərarı verəcəyik. Heç bir münaqişə yoxdur. Lukas çox, çox böyük istedaddır", – deyə italiyalı mütəxəssis əlavə edib.

Qeyd edək ki, daha əvvəl "Tottenhem" Lukas Berqvall üçün "Nottingem Forest" və "Nyukasl"ın etdiyi transfer təkliflərini geri çevirmişdi.







İngiltərə P.L.

Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi