- İngiltərə P.L.
- 22:08 27.07.2026
"Tottenhem"in italiyalı baş məşqçisi Roberto Zerbi futbolçularını hazırlamaq üçün qeyri-ənənəvi üsullara üstünlük verməyə davam edir.
90deqiqe.Azxəbər verir ki, italiyalı mütəxəssis ötən mövsüm komandanı demək olar ki, ümidsiz vəziyyətdən çıxararaq aşağı liqaya düşmək təhlükəsindən xilas etməklə diqqət çəkmişdi.
Bu dəfə isə De Zerbi komandasını təlim-məşq toplanışı çərçivəsində Yeni Zelandiyaya aparıb. Məqsəd futbolçuların bu ölkənin təbiəti və zəngin mədəniyyəti ilə yaxından tanış olması, fərqli mühitdən motivasiya qazanmasıdır.
Səfər zamanı Yeni Zelandiyanın yerli xalqı olan maorilərin London klubunun futbolçularını ənənəvi mərasimlə qarşılamasını əks etdirən görüntülər xüsusi maraq doğurub.
Bildirilib ki, Roberto De Zerbi bu addımı ilə müasir futbolun yalnız idman nəticələrindən ibarət olmadığını, eyni zamanda müxtəlif mədəniyyətlərlə inteqrasiyanın da komanda ruhunun formalaşmasında mühüm rol oynadığını nümayiş etdirib.