27 iyul 2026. Bazar ertəsi

Rodri əməliyyat üçün Madridə getdi


Rodri əməliyyat üçün Madridə getdi

"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Ernandes əməliyyat üçün Madridə yollanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, futbolçuya bel nahiyəsindən cərrahi əməliyyat keçiriləcək. İyulun 27-nə planlaşdırılan əməliyyat xəstəxanada uzunmüddətli qalma tələb etməyəcək və Rodrinin mövsümöncəsi hazırlığa vaxtında başlamasına mane olmayacaq.

Bununla belə, 29 yaşlı yarımmüdafiəçinin "Mançester Siti"nin Asiyada keçirəcəyi mövsümöncəsi turu buraxacağı gözlənilir.

Bildirilir ki, Erlinq Holann, Rayan Şerki və komandanın yeni transferi Elliott Anderson da dünya çempionatından sonra əlavə istirahət verildiyi üçün Asiya səfərində iştirak etməyə bilər.

Xatırladaq ki, daha əvvəl Rodri Madrid "Real"ının maraq dairəsinə düşmüşdü. Lakin "Mançester Siti" ispan futbolçu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır. Tərəflər arasında hazırkı müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.







İngiltərə P.L.

Rodri əməliyyat üçün Madridə getdi
  • İngiltərə P.L.
  • 22:08 27.07.2026
Rodri əməliyyat üçün Madridə getdi
Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı