12 sentyabr 2026. Şənbə

"Evə qayıtdım"


"Evə qayıtdım"

İngiltərənin "Liverpul" klubunun kapitanı Vircil van Deyk sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı müdafiəçi klubun məşq bazasında fərdi hazırlıq keçdiyi fotoları yayımlayıb və paylaşımını "Evə qayıtdım" sözləri ilə şərh edib.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu yay Niderland millisinin heyətində dünya çempionatında çıxış edib. Komanda 1/16 final mərhələsində Mərakeş millisinə penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşmışdı.

Vircil van Deyk 2018-ci ildən "Liverpul"un formasını geyinir. O, Mersisayd təmsilçisinin heyətində indiyədək 374 oyuna çıxıb, 36 qol vurub və 16 məhsuldar ötürmə edib.

Təcrübəli müdafiəçinin "Liverpul"la qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.







İngiltərə P.L.

Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama
“Bu, bizim üçün çox vacibdir”
  • İngiltərə P.L.
  • 02:47 10.09.2026
“Bu, bizim üçün çox vacibdir”
“Çelsi” “Lids”ə aman vermədi
  • İngiltərə P.L.
  • 01:28 10.09.2026
“Çelsi” “Lids”ə aman vermədi
“Tottenhem”in yeni transferi zədələndi
  • İngiltərə P.L.
  • 22:08 09.09.2026
“Tottenhem”in yeni transferi zədələndi