30 iyul 2026. Cümə axşamı

"Ən yaxşı formada qayıdıblar"


"Ən yaxşı formada qayıdıblar"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta mövsümöncəsi təlim-məşq toplanışı zamanı futbolçularının fiziki durumunu yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.İspaniyalı mütəxəssis bildirib ki, futbolçuların məzuniyyətdən sonra komandaya qayıdarkən nümayiş etdirdikləri hazırlıq səviyyəsi onu xoş təəccübləndirib.

"İlk növbədə onların bədənində, baxışlarında və ümumi görünüşündə enerjini gördüm. Daha sonra isə hamısının indiyədək olduğundan daha yaxşı fiziki formada geri döndüyünün şahidi oldum. Belə uzun və gərgin mövsümdən sonra hamını yenidən eyni ruh yüksəkliyi ilə görmək çox sevindiricidir", – deyə Arteta vurğulayıb.

Xatırladaq ki, "Arsenal" ötən mövsüm İngiltərə Premyer Liqasının çempionu olub. London təmsilçisi həmçinin UEFA Çempionlar Liqasının finalına yüksəlib və həlledici görüşdə PSJ-yə penaltilər seriyasında məğlub olaraq turniri gümüş medallarla başa vurub.







İngiltərə P.L.

"Ən yaxşı formada qayıdıblar"
  • İngiltərə P.L.
  • 22:38 29.07.2026
"Ən yaxşı formada qayıdıblar"
"Evə qayıtdım"
  • İngiltərə P.L.
  • 23:41 28.07.2026
"Evə qayıtdım"
"Onlara məhəl qoyma, evə qayıt"
  • İngiltərə P.L.
  • 23:25 28.07.2026
"Onlara məhəl qoyma, evə qayıt"
Rodri əməliyyat üçün Madridə getdi
  • İngiltərə P.L.
  • 22:08 27.07.2026
Rodri əməliyyat üçün Madridə getdi