30 iyul 2026. Cümə axşamı

"Bornmut" əsas qol silahını itirdi - 4 ay oynamayacaq


"Bornmut" əsas qol silahını itirdi  - 4 ay oynamayacaq

"Bornmut"un hücumçusu Eli Junior Krupi ayaq nahiyəsindən aldığı zədə səbəbindən əməliyyat olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı fransalı futbolçu komandanın Avstriyada keçirdiyi mövsümöncəsi təlim-məşq toplanışı zamanı zədələnib. Bundan sonra o, İngiltərəyə qayıdıb və çərşənbə günü əməliyyat keçirib.

Mənbənin məlumatına görə, Krupi 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Gənc hücumçunun zədəsi "Bornmut" üçün ciddi itki hesab olunur. O, ötən mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 33 oyunda 13 qol vuraraq komandasının ən məhsuldar futbolçusu olub. Bu qollardan beşi çempionatın son səkkiz turuna təsadüf edib.

Məhz uğurlu çıxışın nəticəsində "Bornmut" mövsümü altıncı pillədə başa vuraraq UEFA Avropa Liqasına vəsiqə qazanıb.

Krupinin uğurlu oyunu "Arsenal" və "Barselona"nın da diqqətini cəlb etsə də, "Bornmut" futbolçunu satmaq niyyətində olmayıb.







İngiltərə P.L.

"Ən yaxşı formada qayıdıblar"
  • İngiltərə P.L.
  • 22:38 29.07.2026
"Ən yaxşı formada qayıdıblar"
"Evə qayıtdım"
  • İngiltərə P.L.
  • 23:41 28.07.2026
"Evə qayıtdım"
"Onlara məhəl qoyma, evə qayıt"
  • İngiltərə P.L.
  • 23:25 28.07.2026
"Onlara məhəl qoyma, evə qayıt"
Rodri əməliyyat üçün Madridə getdi
  • İngiltərə P.L.
  • 22:08 27.07.2026
Rodri əməliyyat üçün Madridə getdi