15 sentyabr 2026. Çərşənbə axşamı

"Çelsi" iki transfer pəncərəsi üçün qadağa aldı


"Çelsi" iki transfer pəncərəsi üçün qadağa aldı

İngiltərə Futbol Assosiasiyası transfer qaydalarının pozulmasına görə "Çelsi" klubuna sərt sanksiyalar tətbiq edib.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, London təmsilçisi 2009–2022-ci illərdə transfer fəaliyyəti zamanı yol verilmiş pozuntulara görə 10 milyon funt sterlinq məbləğində cərimələnib. Bundan əlavə, kluba iki transfer pəncərəsi müddətinə yeni futbolçuların qeydiyyata alınması qadağan edilib. Bildirilib ki, transfer qadağası 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

Məlumata görə, "Çelsi" 2011–2018-ci illər arasında menecerlərə rəsmi qeydiyyatdan kənar ödənişlər edildiyini etiraf edib.

Bununla yanaşı, klub üçün nəzərdə tutulan altı xalın silinməsi cəzası apellyasiya şikayətindən sonra ləğv olunub.







İngiltərə P.L.

“İndi yeni tarix yazıram”
  • İngiltərə P.L.
  • 13:45 13.09.2026
“İndi yeni tarix yazıram”
Bukayo Saka Bekhem və Piresi geridə qoydu
  • İngiltərə P.L.
  • 09:37 13.09.2026
Bukayo Saka Bekhem və Piresi geridə qoydu