15 sentyabr 2026. Çərşənbə axşamı

"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı


"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı

İngiltərənin "Nyukasl Yunayted" klubu baş məşqçi Eddi Hau ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi yeni mövsüm öncəsi 48 yaşlı mütəxəssislə əməkdaşlığa son verildiyini bəyan edib.

Eddi Hau 2021-ci ilin noyabrında "Nyukasl"ın baş məşqçisi təyin olunmuşdu. O, komandanın sükanı arxasında keçirdiyi 231 oyunda 116 qələbə, 43 heç-heçə və 72 məğlubiyyət qeydə alıb.

Təcrübəli çalışdırıcının rəhbərliyi altında "Nyukasl" 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun (Carabao Cup) qalibi olub.







İngiltərə P.L.

“İndi yeni tarix yazıram”
  • İngiltərə P.L.
  • 13:45 13.09.2026
“İndi yeni tarix yazıram”
Bukayo Saka Bekhem və Piresi geridə qoydu
  • İngiltərə P.L.
  • 09:37 13.09.2026
Bukayo Saka Bekhem və Piresi geridə qoydu