15 sentyabr 2026. Çərşənbə axşamı

"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi


"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi

İngiltərənin "Çelsi" və "Tottenhem" klubları Avstraliyanın Sidney şəhərində mövsümə hazırlıq çərçivəsində keçirilən yoldaşlıq görüşündə üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, London derbisinin ilk hissəsinin ortalarına yaxın komandalar qarşılıqlı qollar vurublar. Əvvəlcə "Tottenhem"in yeni transferi Sandro Tonali hesabı açıb, qısa müddət sonra isə "Çelsi"nin gənc ulduzu Estevao tarazlığı bərpa edib.

İkinci hissənin əvvəlində "Tottenhem"in müdafiəçisi Kevin Danso meydana çıxdıqdan cəmi bir neçə dəqiqə sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Buna baxmayaraq, "mahmızlar" oyunun sonlarında qələbə qolunu vurmağa nail olublar. Rişarlison fərqlənərək "Tottenhem"ə 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk turunda "Çelsi" avqustun 24-də səfərdə "Fulhem"lə, "Tottenhem" isə avqustun 22-də "Brentford"la qarşılaşacaq.







İngiltərə P.L.

“İndi yeni tarix yazıram”
  • İngiltərə P.L.
  • 13:45 13.09.2026
“İndi yeni tarix yazıram”