2 avqust 2026. Bazar günü

"Real"dan ayrılığım iz buraxdı, amma..."


"Real"dan ayrılığım iz buraxdı, amma..."

"Çelsi"nin baş məşqçisi Xabi Alonso Madrid "Real"ından ayrılması ilə bağlı ilk dəfə səmimi açıqlama verib.

90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis "kral klubu"ndan ayrılmasının onun karyerasında iz buraxdığını, lakin artıq yeni çağırışa tam hazır olduğunu bildirib.

"Xoşbəxtlikdən, məşqçilik karyeram ərzində çox yara almamışam. "Real"dan ayrılmağım məndə iz buraxdı, amma o yara artıq sağalıb. İndi yeni çağırışdan zövq almağa qərarlıyam.

"Real"dakı uğursuzluqdan sonra özümə qarşı çox tənqidi yanaşdım. Nələri daha yaxşı edə biləcəyim barədə uzun-uzadı düşündüm. Məyusluqlar insana öyrənməyə kömək edir", – deyə 44 yaşlı baş məşqçi bildirib.

Xatırladaq ki, Xabi Alonso ötən ilin iyununda Madrid "Real"ının baş məşqçisi təyin olunmuş, lakin cəmi yeddi ay sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Cari ilin may ayının sonunda isə onun "Çelsi"nin yeni baş məşqçisi olduğu rəsmən açıqlanıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssisin London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







İngiltərə P.L.

"Real"dan ayrılığım iz buraxdı, amma..."
  • İngiltərə P.L.
  • 21:52 02.08.2026
"Real"dan ayrılığım iz buraxdı, amma..."
"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
  • İngiltərə P.L.
  • 22:29 01.08.2026
"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
"Mudrik xüsusi futbolçudur"
  • İngiltərə P.L.
  • 19:48 01.08.2026
"Mudrik xüsusi futbolçudur"
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi
  • İngiltərə P.L.
  • 17:15 01.08.2026
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi
"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı
  • İngiltərə P.L.
  • 23:05 31.07.2026
"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı