- İngiltərə P.L.
- 21:55 02.08.2026
"Çelsi"nin baş məşqçisi Xabi Alonso London klubunu seçməsinin səbəblərindən danışıb.
90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis komandanın böyük inkişaf potensialına malik olduğunu və bu layihənin onu cəlb etdiyini bildirib.
"Komandaya qoşulduğum zaman vəziyyət ötən mövsümün sonunda göründüyü qədər də pis deyildi. Burada böyük inkişaf potensialı var. Bu prosesin nə qədər vaxt aparacağını zaman göstərəcək.
Əlbəttə ki, belə qərarlar ürəkdən gəlməlidir. Hiss etdim ki, bu, həm klub, həm də mənim üçün doğru zamandır. Bu işdən zövq alacağıma inandım", – deyə Alonso bildirib.
Xatırladaq ki, "Çelsi" Xabi Alonsonun baş məşqçi təyinatını ötən mövsümün sonunda rəsmən açıqlayıb. Tərəflər arasında imzalanan müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis bundan əvvəl Madrid "Real"ına rəhbərlik edib. O, İspaniya klubunda cəmi yeddi ay çalışdıqdan sonra bu ilin yanvarında vəzifəsindən uzaqlaşdırılıb.