3 avqust 2026. Bazar ertəsi

"Vinisiusun transferi "Arsenal"ın böyük hədəflərindən xəbər verər"


"Vinisiusun transferi "Arsenal"ın böyük hədəflərindən xəbər verər"

"Arsenal"ın sabiq futbolçusu Cek Uilşer London klubunun Madrid "Real"ının hücumçusu Vinisius Junioru transfer etmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "Sky Sports" nəşrinə danışan Uilşer bu transferin baş tutacağı təqdirdə həm baş məşqçi Mikel Artetanın, həm də klub rəhbərliyinin iddialı planlarını nümayiş etdirəcəyini vurğulayıb.

"Vinisiusun mümkün transferi Arteta və klub tərəfindən çox ciddi mesaj olardı. Bu, "Arsenal"ın çempionluq qazandıqdan sonra dayanmaq fikrində olmadığını göstərərdi. Onlar həm meydanda daha da güclənmək, həm də belə bir ulduz futbolçunun sayəsində kommersiya baxımından inkişaf etmək istəyirlər", – deyə Uilşer bildirib.

Qeyd edək ki, Vinisius Juniorun Madrid "Real"ı ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, "Arsenal" avqustun 16-da İngiltərə Superkuboku uğrunda keçiriləcək görüşdə "Mançester Siti" ilə üz-üzə gələcək.







İngiltərə P.L.

"Belə bir fürsəti əldən verə bilməzdim"
  • İngiltərə P.L.
  • 22:15 03.08.2026
"Belə bir fürsəti əldən verə bilməzdim"
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
  • İngiltərə P.L.
  • 22:13 03.08.2026
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
"Real"dan ayrılığım iz buraxdı, amma..."
  • İngiltərə P.L.
  • 21:52 02.08.2026
"Real"dan ayrılığım iz buraxdı, amma..."
"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
  • İngiltərə P.L.
  • 22:29 01.08.2026
"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
"Mudrik xüsusi futbolçudur"
  • İngiltərə P.L.
  • 19:48 01.08.2026
"Mudrik xüsusi futbolçudur"
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi
  • İngiltərə P.L.
  • 17:15 01.08.2026
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi