19 sentyabr 2026. Şənbə

"Mançester Yunayted"in futbolçusu 10-cu liqa klubunda məşq edir


"Mançester Yunayted"in futbolçusu 10-cu liqa klubunda məşq edir

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Ceydon Sanço hazırda formasını qorumaq üçün ölkənin 10-cu liqasında çıxış edən "Flikton" komandası ilə məşq edir.

90deqiqe.Az-ın məlumatına görə, "Flikton" klubunun prezidenti açıqlamasında Sanço kimi tanınmış futbolçunun komanda ilə birlikdə məşq etməsinin onlar üçün qürurverici olduğunu desə də, futbolçunun transferinin gündəmdə olmadığını vurğulayıb.

26 yaşlı futbolçu 2021-ci ildə Dortmund "Borussiya"sından "Mançester Yunayted"ə transfer olunsa da, karyerasının bu mərhələsi onun üçün uğurlu alınmayıb. Hazırda Sanço ilə klub rəhbərliyi arasında münasibətlərin ən aşağı səviyyədə olduğu bildirilir.

Qeyd edək ki, Ceydon Sanço "Mançester Yunayted"ə keçməzdən əvvəl Almaniyanın Dortmund "Borussiya"sında uğurlu çıxışı ilə tanınmışdı.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 16-da start götürəcək.







İngiltərə P.L.

“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
  • İngiltərə P.L.
  • 00:19 19.09.2026
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu
  • İngiltərə P.L.
  • 01:08 18.09.2026
Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu