8 noyabr 2026. Bazar günü

Yaponiyalı futbolçu yol qəzası ilə bağlı məsuliyyətdən azad edildi


Yaponiyalı futbolçu yol qəzası ilə bağlı məsuliyyətdən azad edildi

İngiltərənin "Brayton" klubunda çıxış edən və Yaponiya millisinin üzvü Kaoru Mitoma ilə bağlı yol qəzası işi bağlanıb.

90deqiqe.Az-ın “The Sun"a istinadən məlumatına görə, yaponiyalı futbolçuya qarşı cinayət təqibi başlanmayacaq. Buna səbəb prokurorluğun velosipedçinin xəsarət aldığı qəza ilə bağlı araşdırmanı dayandırmasıdır.

 Mitoma hazırda rahat nəfəs ala bilər. Bildirilir ki, futbolçunun ötən dünya çempionatını buraxmasına bu hadisənin də təsir etdiyi istisna olunmur.

Qeyd edək ki, Kaoru Mitoma 2021-ci ildən "Brayton"un formasını geyinir. O, ötən beş il ərzində İngiltərə klubunun heyətində bütün turnirlərdə 100 oyun keçirib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”