8 noyabr 2026. Bazar günü

"Arsenal" "Betis"ə məğlub oldu


"Arsenal" "Betis"ə məğlub oldu

İrlandiyanın paytaxtı Dublində keçirilən yoldaşlıq görüşündə İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Betis"lə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, "Aviva" stadionunda baş tutan matçda qalib tərəf "Betis" olub. İspaniya klubu London təmsilçisini 3:1 hesabı ilə məğlub edib.

Qarşılaşmada hesabı 9-cu dəqiqədə "Betis"in yarımmüdafiəçisi Rodriqo Rikelme açıb. 26-cı dəqiqədə Nelson Deossa komandasının üstünlüyünü iki topa çatdırıb.

"Londralılar" 32-ci dəqiqədə müdafiəçi Piero İnkapiyenin qolu ilə fərqi azaltsalar da, "Betis" fasiləyə qədər yenidən fərqlənməyi bacarıb. 43-cü dəqiqədə Pablo Fornals rəqib qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, "Arsenal" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. Komanda 38 oyunda 85 xal toplayaraq çempionluğu təmin edib. UEFA Çempionlar Liqasında isə "topçular" finala qədər irəliləyib və həlledici görüşdə PSJ-yə məğlub olub (1:1, penaltilər seriyası – 3:4).

"Betis" isə ötən mövsüm İspaniya La Liqasını 5-ci pillədə başa vurub. Komanda 38 qarşılaşmada 60 xal toplayıb. La Liqanın qalibi isə 94 xalla "Barselona" olub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”