8 noyabr 2026. Bazar günü

Alexandre Pato İngiltərə klubunun prezidenti olacaq


Alexandre Pato İngiltərə klubunun prezidenti olacaq

Braziliya millisinin sabiq hücumçusu Alexandre Pato yenidən İngiltərə futboluna qayıdır. Lakin o, bu dəfə yaşıl meydanlarda deyil, rəhbər vəzifədə fəaliyyət göstərəcək.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı sabiq futbolçu İngiltərənin İkinci Liqasında (ölkə futbolunun dördüncü divizionu) çıxış edən "Northempton Taun" klubunun prezidenti postuna gətiriləcək.

Bu addım Patonun üzvü olduğu "Sports Alpha Capital" investisiya konsorsiumu vasitəsilə mümkün olub. Məlumata görə, konsorsium hazırda daha bir İngiltərə klubu - "Kolçester Yunayted"in satın alınması ilə bağlı da danışıqlar aparır.

Xatırladaq ki, Alexandre Pato 2016-cı ildə qısa müddət ərzində Londonun "Çelsi" klubunun formasını geyinib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”