8 noyabr 2026. Bazar günü

“Mançester Siti”nin baş məşqçisi olmaq mənim üçün böyük imtiyazdır”


“Mançester Siti”nin baş məşqçisi olmaq mənim üçün böyük imtiyazdır”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska klubdakı işi ilə bağlı heç bir təzyiq hiss etmədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “City Xtra” çalışdırıcının dediklərini belə çatdırıb.

“Heç bir təzyiq yoxdur. Burada olmaq, “Mançester Siti”nin baş məşqçisi olmaq mənim üçün böyük imtiyazdır. Gözləntilərə gəlincə, bu, hər zaman titullar qazanmalı olan bir klubdur. Biz də titullar uğrunda mübarizə aparacağıq”

Qeyd edək ki, Mareska cari yay “Mançester Siti”yə baş məşqçi təyin olunub və bu vəzifədə Xosep Qvardiolanı əvəzləyib.

“Mançester Siti” yeni baş məşqçinin rəhbərliyi altında ilk rəsmi matçını avqustun 16-da keçirəcək. Həmin gün komanda İngiltərə Superkuboku uğrunda “Arsenal”la qarşılaşacaq.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”