23 sentyabr 2026. Çərşənbə

Mareska Traftordun “Mançester Siti”dən ayrılmasının səbəbini açıqlayıb


Mareska Traftordun “Mançester Siti”dən ayrılmasının səbəbini açıqlayıb

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska qapıçı Ceyms Traftordun “Lids”ə transferi barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “City Xtra” çalışdırıcının dediklərini belə çatdırıb.

“Təəssüf ki, Ceyms kimi ötən mövsüm çox oyun keçirməyən futbolçular var. Hər bir oyunçu hər gün meydana çıxmaq və oynamaq üçün çalışır. Bu baş verməyəndə futbolçuların narazı qalması normaldır. Traftord bizim üçün uyğun futbolçu idi, lakin yəqin ki, daha çox oynamaq istəyirdi”

Qeyd edək ki, “Mançester Siti” Traftordu ötən yay “Börnli”dən 30 milyon avrodan çox məbləğə transfer edib. “Şəhərlilər” yeni qapıçını əsas heyətin birinci nömrəsi kimi görürdülər. Lakin transfer pəncərəsinin son günündə Donnarummanın transferini də həyata keçiriblər.

Traftord ötən mövsüm “Mançester Siti”nin heyətində ümumilikdə 17 matçda iştirak edib və qapısında 13 qol görüb. İngiltərəli qapıçı bu yay “Lids”ə keçib.







İngiltərə P.L.

“Sanki futbol oynamaqdan zövq almır”
  • İngiltərə P.L.
  • 23:24 21.09.2026
“Sanki futbol oynamaqdan zövq almır”
“Bu oyunu qazanmalı idik”
  • İngiltərə P.L.
  • 23:08 20.09.2026
“Bu oyunu qazanmalı idik”