8 noyabr 2026. Bazar günü

“Tottenhem” zirvəyə qayıtmalıdır"


“Tottenhem” zirvəyə qayıtmalıdır"

“Tottenhem”in yeni transferi Yan-Pol van Hekke London klubunun yeni mövsümdəki hədəflərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “Football London” futbolçunun dediklərini belə çatdırıb.

““Tottenhem” zirvəyə qayıtmalıdır və biz də məhz bunun üçün çalışırıq. Kluba gəlməzdən əvvəl Mikki mənə buranın möhtəşəm yer olduğunu demişdi. Buraya gələndə dərhal anladım ki, bu, həqiqətən də böyük klubdur”

Qeyd edək ki, “Tottenhem” niderlandlı müdafiəçini bu yay transfer pəncərəsində “Brayton”dan 60 milyon avroya transfer edib. Van Hekke ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 36 matçda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Tottenhem” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yeri tutub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”