24 sentyabr 2026. Cümə axşamı

“Borussiya” “Arsenal”ı məğlub etdi


“Borussiya” “Arsenal”ı məğlub etdi

İngiltərənin “Arsenal” və Almaniyanın Dortmund “Borussiya” komandaları arasında keçirilən yoxlama oyunu başa çatıb.

 90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada Dortmund təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.

“Borussiya”nın hücumçusu Samuele İnaçio 7-ci dəqiqədə hesabı açıb. 29-cu dəqiqədə Konstantinos Karetsas fərqi iki topa çatdırıb.

İkinci hissədə “Arsenal” hesab arasındakı fərqi azaldıb. 54-cü dəqiqədə yarımmüdafiəçi İtan Nvaneri komandasının ilk qolunu vurub. Lakin cəmi dörd dəqiqə sonra, 58-ci dəqiqədə Joao Qadu Dortmund klubunun üçüncü qoluna imza atıb.

“Arsenal” 69-cu dəqiqədə Viktor Qyökeresin qolu ilə daha bir topun əvəzini çıxsa da, hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, qarşılaşma “Borussiya”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” avqustun 16-da İngiltərə Superkuboku uğrunda matçda “Mançester Siti” ilə qarşılaşacaq. Dortmund “Borussiya”sı isə avqustun 22-də Almaniya Superkubokunda “Bavariya” ilə üz-üzə gələcək. Bu qarşılaşmada ölkə Superkubokunun qalibi müəyyənləşəcək.







İngiltərə P.L.

“Arsenal”ın oyununda hakim səhv edib
  • İngiltərə P.L.
  • 23:28 23.09.2026
“Arsenal”ın oyununda hakim səhv edib
“Sanki futbol oynamaqdan zövq almır”
  • İngiltərə P.L.
  • 23:24 21.09.2026
“Sanki futbol oynamaqdan zövq almır”
“Bu oyunu qazanmalı idik”
  • İngiltərə P.L.
  • 23:08 20.09.2026
“Bu oyunu qazanmalı idik”