24 sentyabr 2026. Cümə axşamı

“Liverpul” doğma meydanda “Monako”ya uduzdu


“Liverpul” doğma meydanda “Monako”ya uduzdu

2026/2027 mövsümünə hazırlıq çərçivəsində İngiltərənin “Liverpul” və Fransanın “Monako” komandaları arasında yoxlama oyunu keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, “Enfild” stadionunda baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 16-cı dəqiqədə “Liverpul”un yeni hücumçusu Aleksander İsak açıb. 29-cu dəqiqədə Florian Virts fərqi iki topa çatdırıb.

İlk hissənin sonlarında “Monako” hesab arasındakı fərqi azaldıb. 44-cü dəqiqədə Aleksandr Qolovin penaltini dəqiq yerinə yetirərək komandasının ilk qolunu vurub.

İkinci hissədə Fransa təmsilçisi geridönüşə nail olub. 56-cı dəqiqədə Mixa Bieret hesabı bərabərləşdirib. Qarşılaşmanın başa çatmasına iki dəqiqə qalmış isə Paris Brunner “Monako”ya qələbə qazandıran qola imza atıb.

Beləliklə, “Liverpul” doğma meydanda “Monako”ya 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Liverpul” bundan əvvəl avqustun 2-də “Lids”ə 2:4 hesabı ilə uduzub. “Monako” isə iyulun sonunda “Serkl Brügge” ilə 2:2 hesablı heç-heçə edib, “Sportinq”ə 0:2 hesabı ilə məğlub olub. Fransa klubu avqustun 6-da keçirilən son yoxlama oyununda İspaniyanın “Xetafe” komandasına 1:0 hesabı ilə qalib gəlib.







İngiltərə P.L.

“Arsenal”ın oyununda hakim səhv edib
  • İngiltərə P.L.
  • 23:28 23.09.2026
“Arsenal”ın oyununda hakim səhv edib
“Sanki futbol oynamaqdan zövq almır”
  • İngiltərə P.L.
  • 23:24 21.09.2026
“Sanki futbol oynamaqdan zövq almır”
“Bu oyunu qazanmalı idik”
  • İngiltərə P.L.
  • 23:08 20.09.2026
“Bu oyunu qazanmalı idik”