9 avqust 2026. Bazar günü

“Daha soyuqqanlı olmalıyıq”


“Daha soyuqqanlı olmalıyıq”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska komandasının Asiyada keçirdiyi hazırlıq oyununda Madrid “Atletiko”su üzərində 3:1 hesablı qələbəsini dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis matçın komandası üçün yaxşı sınaq olduğunu bildirib:

“Ümumilikdə, Avropanın ən yaxşı komandalarından birinə qarşı çox yaxşı sınaq oldu. Futbolçuların gördüyü işə görə onlara təşəkkürümü bildirmək istəyirəm”.

Mareska cinahlarda çıxış edən futbolçulardan gözləntilərini də açıqlayıb:

“Düşünürəm ki, vingerlərimiz yaxşı oynaya bilərlər. Lakin ən vacib məqam hücumları necə tamamlamalarıdır. Cinahda oyunu kəskinləşdirə bilən, xüsusilə də “birəbir” mübarizələrdə üstünlük yaradan futbolçu olmalıdır”.

Baş məşqçi komandanın yaratdığı qol imkanlarından daha səmərəli yararlanmalı olduğunu vurğulayıb:

“Dörd-beş qol vəziyyəti yaratdıq, amma onları qola çevirə bilmədik. Bu qədər imkan yaradıb hücumları qolsuz başa vurmaq olmaz. Daha soyuqqanlı olmalıyıq. İnkişaf etdirməli olduğumuz əsas məqamlardan biri budur”.

Mareska futbolçuların onun oyun fəlsəfəsinə uyğunlaşmasından da razı qaldığını bildirib:

“Çox razıyam. Xüsusilə futbolçuların ilk gündən yeni ideyalara açıq olması məni sevindirir. Onlar gördüyümüz işlərin səbəbini anlamaq istəyirlər. Yeni kluba gələndə yeni prinsiplər və ideyalar tətbiq etməyə çalışırsan. Ən vacib məqam isə komandamızın inkişaf etməsidir. Qarşıda hələ uzun yol var. Lakin görürəm ki, futbolçular məşqlərdə onlardan tələb etdiklərimizi yerinə yetirməyə çalışırlar və tədricən irəliləyiş əldə edirlər”.

Qeyd edək ki, “Mançester Siti” avqustun 16-da İngiltərə Superkuboku uğrunda “Arsenal”la qarşılaşacaq.







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"
"Arsenal" "Betis"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 00:56 06.08.2026
"Arsenal" "Betis"ə məğlub oldu