12 avqust 2026. Çərşənbə

Pol Skoulz “Mançester Yunayted”ə “Tottenhem”in müdafiəçisini təklif edib


Pol Skoulz “Mançester Yunayted”ə “Tottenhem”in müdafiəçisini təklif edib

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz “Tottenhem”in müdafiəçisi Kristian Romero ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə,bu barədə “talkSPORT” məlumat yayıb.

Məlumata görə, “Atletiko” argentinalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Madrid klubunun “Tottenhem”lə 28 yaşlı müdafiəçinin transfer məbləği ilə bağlı danışıqları da yekunlaşmaq üzrədir.

Buna baxmayaraq, Skoulz hesab edir ki, “Mançester Yunayted” Romero üçün rəsmi təklif göndərməlidir.

“Mən bilirəm ki, o, bir qədər dəli xarakterə malikdir. Həmçinin intizamla bağlı problemlərinin olduğunu da bilirəm. Lakin düşünürəm ki, o, çox yaxşı mərkəz müdafiəçisinə çevrilə bilər. Maykl Kerrik kimi biri isə həqiqətən onu sakitləşdirə bilər”, - deyə Skoulz bildirib.

“Məsələ 30-40 milyon funt-sterlinqdən gedir. Bu, mərkəz müdafiəçisi mövqeyində oynayan və dünya çempionu olmuş futbolçudur”, - sabiq yarımmüdafiəçi əlavə edib.

Qeyd edək ki, Romero ötən mövsüm Premyer Liqada keçirdiyi 23 oyunda 2 qırmızı və 10 sarı vərəqə alıb.







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"