12 avqust 2026. Çərşənbə

Maykl Ouen yeni mövsümdə “Arsenal”ı çempion görür


Maykl Ouen yeni mövsümdə “Arsenal”ı çempion görür

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen yeni mövsümdə Premyer Liqanın əsas favoritinin “Arsenal” olduğunu düşünür.

90deqiqe.Az-ın məlumatına görə, bununla belə, keçmiş futbolçu London klubunun çempionluq titulunu asanlıqla qoruyacağına inanmır.

“Arsenal”ın ötən mövsüm topladığı xal sayı əlçatmaz nəticədən danışmağa əsas vermir. Avrokuboklarda iştirak etməyəcək “Çelsi” də mübarizəyə qoşula bilər. “Liverpul” və “Mançester Siti”nin yeni baş məşqçiləri mövsümə uğurlu başlayaraq qısa zamanda çempionluq yarışına qoşula bilərlər. “Tottenhem” isə transfer bazarında yaxşı iş gördü. Buna görə “Arsenal” favoritdir, lakin onun çempionluğu problemsiz və zəmanətli şəkildə qazanacağını demək olmaz”, – deyə Ouen “Metro”ya açıqlamasında bildirib.

Sabiq futbolçu “Arsenal”ın əsas rəqibinin “Liverpul” olacağını düşünür. Onun fikrincə, Mersisayd təmsilçisi ötən mövsümdəki uğursuz çıxışdan sonra heyətini gücləndirməlidir.

“Oyunun keyfiyyəti baxımından ötən mövsüm “Liverpul” üçün yaxşı keçmədi. Komanda yaxşı oynamırdı və çox qol buraxırdı. Slotun gedişi və İraolanın gəlişi oyun üslubunun dəyişməsi deməkdir. O, “Bornmut”da maraqlı futbol nümayiş etdirirdi, lakin indi təzyiqin daha yüksək olacağı daha böyük klubda çalışacaq”, – deyə Ouen qeyd edib.

Ouen “Liverpul”un heyətinin gücləndirilməsinə ehtiyac olduğunu da vurğulayıb:

““Liverpul”a güclənmək lazımdır. Görünür, onlar üçün əsas namizəd Barkoladır və onun transferi çox baha başa gələcək. Əgər klub onu heyətinə qata və komandaya dərinlik və keyfiyyət əlavə edə bilsə, çempionluq uğrunda həqiqətən mübarizə apara bilər”.

Maykl Ouenin proqnozuna əsasən, “Arsenal”ı “Liverpul” izləyir. “Çelsi” üçüncü, “Mançester Siti” dördüncü, “Mançester Yunayted” beşinci, “Tottenhem” isə altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni Premyer Liqa mövsümü avqustun 21-də start götürəcək.







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"