13 avqust 2026. Cümə axşamı

“Lester” satışa çıxarılır - Klub üçün 300 milyon dollar tələb olunur


“Lester” satışa çıxarılır  -  Klub üçün 300 milyon dollar tələb olunur

“Lester” klubunun sahibləri komandanı satışa çıxarmaq qərarına gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilib ki, potensial investorlar üçün klub və ona məxsus aktivlər barədə məlumatların yer aldığı təqdimat artıq hazırlanaraq göndərilib. Şriwaddhanaprabha ailəsi klubun bütün səhmləri üçün təxminən 300 milyon dollar əldə etməyi planlaşdırır. Bununla belə, mənbə daha real satış qiymətinin 200 milyon dollar civarında olduğunu qeyd edir.

Klubun dəyərinə İngiltərənin üçüncü divizionuna düşməsi və son illərdə üzləşdiyi ciddi maliyyə itkiləri mənfi təsir göstərib.

Satış paketinə “Lester”in kişi və qadın komandaları, akademiyası, “King Power” stadionu və məşq bazaları daxildir.

Qeyd edək ki, hazırkı sahiblər “Lester”i 2010-cu ildə təxminən 47 milyon dollara satın alıblar. Şriwaddhanaprabha ailəsinin rəhbərliyi dövründə klub 2016-cı ildə tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub.







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"