16 sentyabr 2026. Çərşənbə

“Mançester Yunayted” “Lids”lə heç-heçə etdi


“Mançester Yunayted” “Lids”lə heç-heçə etdi

2026/2027 mövsümünə hazırlıq çərçivəsində keçirilən yoldaşlıq oyununda “Mançester Yunayted” və “Lids” qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Dublindəki “Krouk Park” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı 16-cı dəqiqədə “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee açıb. “Lids” 29-cu dəqiqədə yarımmüdafiəçi Brenden Aaronsonun qolu ilə hesabı bərabərləşdirib.

Komandalar bundan əvvəl son yoldaşlıq oyunlarını avqustun 8-də keçiriblər. “Mançester Yunayted” PSJ ilə 1:1 hesablı heç-heçə edib, “Lids” isə “RB Leypsiq”i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 2025/2026 mövsümündə “Mançester Yunayted” İngiltərə Premyer Liqasını 71 xalla üçüncü pillədə başa vurub. “Lids” isə 47 xalla 14-cü yeri tutub. Çempionluğu 85 xalla “Arsenal” qazanıb.







İngiltərə P.L.