- İngiltərə P.L.
- 22:44 13.08.2026
“Aston Villa”nın sabiq, hazırda isə “Mançester Yunayted”in formasını geyinən yarımmüdafiəçisi Yuri Tilemans açıqlaması ilə azarkeşlərin narazılığına səbəb olub.
90deqiqe.Az-ın məlumatına görə, belçikalı futbolçu keçmiş və yeni klubu arasında müqayisə apararaq “Mançester Yunayted”in “Aston Villa”dan daha böyük klub olduğunu bildirib.
“‘Aston Villa’dan daha böyük klublar var və ‘Mançester Yunayted’ onlardan biridir”, - deyə Tilemans açıqlamasında qeyd edib.
Bu sözlərindən sonra tənqid olunan 29 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Aston Villa” azarkeşlərindən üzr istəyib.
“Dediklərimin kimisə təhqir etməsini və ya ‘Aston Villa’nı incitməsini istəməzdim. Bu kluba böyük hörmət bəsləyirəm və keçirdiyim üç il üçün minnətdaram. Səhv etdiyimi etiraf etməli və seçdiyim sözlərə görə üzr istəməliyəm. Gələcəkdə daha diqqətli olacağam. Kluba ən xoş arzularımı çatdırıram”, - deyə futbolçu yazıb.
Qeyd edək ki, “Mançester Yunayted” 2026/2027 mövsümündə ilk oyununu avqustun 22-də səfərdə “Hall Siti”yə qarşı keçirəcək.