- İngiltərə P.L.
- 00:08 15.08.2026
“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz bu gün futbol oynasaydı və Mançesterin hər iki klubundan təklif alsaydı, “Mançester Siti”ni seçəcəyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Skoulz bu barədə “The Good, The Bad & The Football” verilişində danışıb.
“Əgər “Mançester Yunayted” və “Mançester Siti” məni transfer etmək istəsəydilər, bu klublardan hər hansı birinin azarkeşi olub-olmamağımdan asılı olmayaraq, “Mançester Siti”ni seçərdim”, - deyə sabiq yarımmüdafiəçi bildirib.
Qeyd edək ki, Pol Skoulz bütün peşəkar karyerasını “Mançester Yunayted”də keçirib. O, “qırmızı şeytanlar”ın heyətində 717 matçda meydana çıxıb, 155 qol vurub və 84 məhsuldar ötürmə edib.