15 avqust 2026. Şənbə

“Çelsi” “Real Sosyedad”a qalib gəldi


“Çelsi” “Real Sosyedad”a qalib gəldi

İngiltərənin “Çelsi” klubu yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi İspaniyanın “Real Sosyedad” komandasını 3:1 hesabı ilə məğlub edib.

“Çelsi”nin yeni transferi Morqan Rocers 11-ci dəqiqədə hesabı açaraq London klubunun heyətində ilk qolunu vurub. İlk hissənin sonlarına yaxın Xon Aramburu hesabı bərabərləşdirib.

İkinci hissədə isə “Çelsi”nin hücumçusu Joao Pedro səhnəyə çıxıb. Braziliyalı futbolçu 47-ci dəqiqədə komandasını yenidən önə keçirib. Joao Pedro 77-ci dəqiqədə daha bir dəfə fərqlənərək dubl edib və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, bu oyun “Çelsi”nin yeni mövsüm öncəsi hazırlıq çərçivəsində son qarşılaşması olub. London təmsilçisi avqustun 24-də İngiltərə çempionatının I turunda “Fulhem”lə üz-üzə gələcək.







İngiltərə P.L.

“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi