16 avqust 2026. Bazar günü

Roberto De Zerbi Sandro Tonalini “Tottenhem”ə necə cəlb etdiyini açıqladı


Roberto De Zerbi Sandro Tonalini “Tottenhem”ə necə cəlb etdiyini açıqladı

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi yarımmüdafiəçi Sandro Tonalini London klubuna keçməyə necə razı saldığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə “Pianeta Milan”a açıqlamasında danışıb.

De Zerbinin sözlərinə görə, o, Toniaini transferə razı salmaq üçün futbolçuya sadəcə həqiqətləri söyləyib:

“Mən onu sadəcə həqiqəti deyərək inandıra bildim. Mən həmişə düşündüklərimi söyləyirəm və qəti əminəm ki, Sandro böyük klublarda həmişə lider olub. Burada da o, məhz belə bir rola sahib ola bilər”.

Baş məşqçi 25 yaşlı futbolçunun hələ “Breşiya”da çıxış etdiyi dövrdə liderlik xüsusiyyətlərini nümayiş etdirdiyini vurğulayıb:

“O, mənim üçün xüsusi əhəmiyyət daşıyan “Breşiya”da da özünü belə göstərirdi. Hətta cəmi 18 yaşı olmasına baxmayaraq, təcrübəli veteran kimi oynayırdı”.

Qeyd edək ki, Sandro Tonali 2023-cü ilə qədər İtaliya A Seriyasında “Milan”ın formasını geyinib. Daha sonra İngiltərəyə yollanan yarımmüdafiəçi son illərdə “Nyukasl”da çıxış edib.







İngiltərə P.L.

“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi