16 avqust 2026. Bazar günü

Arteta “Qalatasaray”ın istədiyi futbolçu ilə bağlı qərarını açıqladı


Arteta “Qalatasaray”ın istədiyi futbolçu ilə bağlı qərarını açıqladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Qalatasaray”ın transfer etmək istədiyi Etan Nvaneri ilə bağlı mövqeyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə Superkuboku uğrunda “Mançester Siti”yə qarşı keçiriləcək oyun öncəsi gənc futbolçunun gələcəyi barədə danışıb.

Arteta Nvanerinin böyük istedada malik olduğunu və “Arsenal”da qalmasını istədiyini bildirib.

“Düşünürəm ki, onun istedadı, arzusu, futbola sevgisi və ehtirası mübahisəsizdir. Etonda həmişə sevdiyim xüsusiyyətlər bunlar olub. O, həmçinin çox yaxşı oyunlar keçirib və burada olmağa layiq olduğunu hər kəsə göstərib”,

Təcrübəli mütəxəssis 19 yaşlı futbolçunun müntəzəm oyun praktikasına ehtiyac duyduğunu qeyd edib:

“Onun klubda qalmasını istəyirəm. Amma orta və uzunmüddətli perspektivdə futbolçu üçün ən yaxşı variant nədirsə, o seçilməlidir. Etanın futbol oynaması lazımdır”.

Arteta Nvanerinin komandada qalacağı təqdirdə ona kifayət qədər oyun vaxtı verilməli olduğunu da bildirib:

“Əgər burada qalacaqsa, bunun səbəbi ona lazımi oyun vaxtını təmin edə bilməyimiz olmalıdır. Əks halda, düşünürəm ki, bu, heç kim üçün yaxşı olmaz”.

Qeyd edək ki, “Qalatasaray”ın transfer siyahısında olduğu bildirilən Etan Nvaneri “Arsenal”ın yetirməsidir.







İngiltərə P.L.

“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi