30 sentyabr 2026. Çərşənbə

“Tottenhem” “Hoffenhaym”la heç-heçə edib


“Tottenhem” “Hoffenhaym”la heç-heçə edib

İngiltərənin “Tottenhem” və Almaniyanın “Hoffenhaym” klubları yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununda üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Matçda hesabı 16-cı dəqiqədə “Hoffenhaym”ın futbolçusu Adam Qlojek açıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib.

Dörd dəqiqə sonra Ben Devis London təmsilçisinin cavab qolunu vuraraq hesabı bərabərləşdirib. İlk hissənin sonlarına yaxın Luka Uilyams-Barnett “Tottenhem”i önə keçirib – 2:1.

İkinci hissədə almanlar hesabı yenidən bərabərləşdiriblər. 55-ci dəqiqədə Valenten Jandr qola imza ataraq matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, komandalar iki gün ərzində iki yoxlama oyunu keçiriblər. Bir gün əvvəl baş tutan görüşdə “Tottenhem” rəqibini 3:0 hesabı ilə məğlub edib.







İngiltərə P.L.