1 oktyabr 2026. Cümə axşamı

“Liverpul” – “Komo” matçında qalib müəyyənləşməyib


“Liverpul” – “Komo” matçında qalib müəyyənləşməyib

İngiltərənin “Liverpul” və İtaliyanın “Komo” klubları yeni mövsümə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada tərəflərdən heç biri fərqlənə bilməyib və matç 0:0 hesabı ilə başa çatıb.

“Liverpul” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 23-də keçirəcək. İngiltərə Premyer Liqasının ilk turunda Arne Slotun komandası səfərdə “Nyukasl”la qarşılaşacaq.

“Komo” isə İtaliya çempionatında mübarizəyə bir gün əvvəl başlayacaq. Sesk Fabreqasın rəhbərlik etdiyi komanda avqustun 22-də A Seriyasının ilk turunda səfərdə “Udineze”nin qonağı olacaq.







İngiltərə P.L.