- İngiltərə P.L.
- 18:10 16.08.2026
“Mançester Yunayted”in müdafiəçisi Harri Maguayr komandanın sabiq baş məşqçisi, hazırda “Milan”a rəhbərlik edən Ruben Amorim haqqında xoş sözlər deyib.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə millisinin üzvü portuqaliyalı mütəxəssisin yaxşı məşqçi olduğunu bildirib.
“Amorimi görmək çox xoş idi. O, əla məşqçidir. Onun haqqında pis heç nə deyə bilmərəm. Sadəcə, “Mançester Yunayted”də işi alınmadı. İndi isə o, böyük kluba rəhbərlik edir. “Milan”ı izləyəcəyəm və ümid edirəm ki, onlar möhtəşəm mövsüm keçirəcəklər”, - deyə Maguayr matçdan sonra bildirib.
Qeyd edək ki, Amorim “Milan”ın baş məşqçisi kimi sabiq komandası “Mançester Yunayted”lə qarşılaşıb. İtaliya təmsilçisi yoxlama oyununda ingilisləri 4:2 hesabı ilə məğlub edib.