16 avqust 2026. Bazar günü

“Ümid edirik ki, qalacaq”


“Ümid edirik ki, qalacaq”

“Mançester Yunayted”in müdafiəçisi Harri Maguayr komandaya qayıdan Markus Reşford barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə,  Maguayr ingiltərəli futbolçunun komandada qalmasının “Mançester Yunayted” üçün böyük üstünlük olacağını bildirib:

“Ümid edirik ki, Markus Reşford “Mançester Yunayted”də qalacaq. Çünki o, bizim üçün ciddi güclənmə olacaq. Markus bizə mütləq kömək edəcək. O, rəqiblər üçün böyük təhlükədir. Mən onunla uzun müddət bir komandada oynamışam və nə dediyimi yaxşı bilirəm”.

Qeyd edək ki, 28 yaşlı hücumçu ötən mövsüm icarə əsasında “Barselona”da çıxış etdikdən sonra Mançester təmsilçisinə qayıdıb.“Mançester Yunayted”in yetirməsi olan Reşford klubun əsas komandasında keçirdiyi 426 oyunda 138 qol vurub və 79 məhsuldar ötürmə edib.

İngiltərəli vinger ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 49 matça çıxıb. O, 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi